Azərbaycan bu il Türkiyəyə 7 milyard kubmetrdən çox qaz nəql edib

Azərbaycan bu il Türkiyəyə 7 milyard kubmetrdən çox qaz nəql edib Bu ilin əvvəlindən indiyə qədər Azərbaycandan Türkiyəyə 7,4 milyard kubmetr təbii qaz nəql edilib.
Energetika
29 Sentyabr , 2023 09:52
Azərbaycan bu il Türkiyəyə 7 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin əvvəlindən indiyə qədər Azərbaycandan Türkiyəyə 7,4 milyard kubmetr təbii qaz nəql edilib.

"Report"un Naxçıvana ezam olunmuş müxbiri xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər bu rəqəmin 10,2 milyard kubmetr olması nəzərdə tutulur.

"Bu il Türkiyəyə nəql edilmiş "mavi yanacağ"ın 4,2 milyard kubmetri Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə çatdırılıb. Ümumilikdə bu günə qədər TANAP-la 24 milyard kubmetr qaz ixrac edilib", - deyə nazir qeyd edib.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Son xəbərlər

Orphus sistemi