Azərbaycan bu il neft məhsullarının ixracından 134 mln. dollar qazanıb

Azərbaycan bu il neft məhsullarının ixracından 134 mln. dollar qazanıb Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 3% təşkil edib
Energetika
36
12 İyun , 2017 17:21
Azərbaycan bu il neft məhsullarının ixracından 134 mln. dollar qazanıb

Bakı. 12 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 345,173 min ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda neft məhsullarının dəyəri 133,587 mln. ABŞ dolları təşkil edib.

Bu ilin 5 ayı ərzində neft məhsullarının miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 53%, dəyəri isə 14% azalıb.

Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 3% təşkil edib.