Azərbaycan bu il Gürcüstanın təbii qaza tələbatının 93 %-ni təmin edəcək

Energetika
  • 25 yanvar, 2022
  • 07:08
Azərbaycan bu il Gürcüstanın təbii qaza tələbatının 93 %-ni təmin edəcək

Bu il Gürcüstan 2 milyard 695 milyon kub metr həcmində təbii qaz idxal etməyi planlaşdırır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

Bu həcmin 2 milyard 514 milyon kub metrini və yaxud 93,28 %-ni Azərbaycan təmin edəcək. Tədarükün 1 milyard 156 milyon kub metri “Şahdəniz” yatağı, 1 milyard 358 milyon kub metri isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşəcək.

Gürcüstanın Rusiyadan idxal edəcəyi qazın həcmi isə 200 milyon kub metr təşkil edəcək.

Qonşu ölkənin bu il tədarük edəcəyi qazın 1 milyard 235,3 milyon kub metri əhali, 924,8 milyon kub metri kommersiya sektoru, 535 milyon kub metri isə istilik elektrik stansiyaları üçün nəzərdə tutulub.

44 - Tezliklə