Azərbaycan bu il elektrik enerjisi ixracını 3 dəfədən çox artırıb

Azərbaycan bu il elektrik enerjisi ixracını 3 dəfədən çox artırıb Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 25,9 mln. dollarlıq elektrik enerjisi satıb
Energetika
11 Avqust , 2017 16:51
Azərbaycan bu il elektrik enerjisi ixracını 3 dəfədən çox artırıb

Bakı. 11 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 25,915 mln. ABŞ dolları dəyərində elektrik enerjisi satıb.

"Report" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 mln. dollar, yaxud 3,15 dəfə çoxdur.

Cari ilin ilk yeddi ayında ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 597,699 mln. kVt/saat elektrik enerjisi satılıb, bu da 2016-cı ilin müvafiq aylarına nisbətən 419,519 mln. kVt/saat, yaxud 3,4 dəfə çoxdur.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,42%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi