​Azərbaycan bu il AÇG və "Şahdəniz" layihələrindən 6,135 mlrd. dollar qazanıb

​Azərbaycan bu il AÇG və "Şahdəniz" layihələrindən 6,135 mlrd. dollar qazanıb İndiyədək bu iki layihədən ümumi gəlirlər isə 118 mlrd. dollardan çox olub
Energetika
2 Noyabr , 2015 17:47
​Azərbaycan bu il AÇG və Şahdəniz layihələrindən 6,135 mlrd. dollar qazanıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil olunan mənfəət neftinin və "Şahdəniz" qaz kondensat yatağından hasil olunan qazın satışından 6 135 mln. ABŞ dolları daxil olub.

Dövlət Neft Fondundan "Report"a verilən məlumata görə, hesabat dövründə AÇG yataqlar blokundan Fonda 5 856 mln. dollar, "Şahdəniz" qaz kondensat yatağından isə 279 mln. dollar həcmində vəsait daxil olub.

2001-ci ildən etibarən isə AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 116 007 mln. dollar, "Şahdəniz" yatağından isə 2007-ci ildən etibarən 2 399 mln. dollar təşkil edib.

Qeyd edək ki, AÇG yataqları üzrə saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. Bu müqavilə ilə AÇG-də hasil edilən neft Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri ilə dünya bazarına ixrac edilir.

AÇG-də BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3 %), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8 %), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (2,7 %) şirkətləri iştirak edir.

"Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi üzrə saziş isə 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz"də BP (operator – 28,8%), AzŞD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%), TPAO (19%) iştirak edir. "Şahdəniz" yatağından hasil olunan qaz Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır.

Son xəbərlər

Orphus sistemi