Azərbaycan bu il 940 mln. dollarlıq xam neft ixrac edib

Azərbaycan bu il 940 mln. dollarlıq xam neft ixrac edib Gömrük bəyannamələri əsasında 3,735 mln. ton xam neft ixrac edilib
Energetika
17 Mart , 2016 13:01
Azərbaycan bu il 940 mln. dollarlıq xam neft ixrac edib

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan bu ilin yanvar-fevral ayları ərzində gömrük bəyannamələri əsasında 3,735 mln. ton xam neft ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda xam neftin məbləği 940,495 mln. ABŞ dolları təşkil edib. Bu məbləğ isə 2015-ci ilin müvafiq dövründən 48% azdır. 

Bu ilin iki ayında Azərbaycanın ümumi ixracında xam neftin payı 76,87% olub.

Hesabat dövründə sayğac göstəriciləri əsasında isə boru kəmərləri və dəmir yolu nəqliyyatı ilə 5,275 mln. ton xam neft nəql olunub. Bu ilin iki ayında sayğac göstəriciləri əsasında ixrac olunan xam neftin 4,490 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəmərinin payına düşüb.

Cari ilin iki ayı ərzində Bakı-Supsa kəməri ilə 725 286 ton, dəmir yolu nəqliyyatı ilə 59 848 ton xam neft ixrac olunub.

Son xəbərlər

Orphus sistemi