Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 92,3 min ton ilkin formalarda polietilen ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 10 aylıq ixracın dəyəri 60,4 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə polietilen qeyri-neft sektoru üzrə ixracda 4,2 % paya malik olub.
Azərbaycanda aşağı sıxlıqlı polietilen Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda, yüksək sıxlıqlı polietilen isə “SOCAR Polymer” MMC-nin ötən ilin fevral ayında istismara verilmiş eyni adlı zavodunda istehsal edilir.