Azərbaycan bu il 53 milyon dollarlıq polipropilen ixrac edib

Azərbaycan bu il 53 milyon dollarlıq polipropilen ixrac edib Bu ötən ilin eyni dövrü ilə müqayisədə 0,93% azdır
Energetika
3 Noyabr , 2020 14:08
Azərbaycan bu il 53 milyon dollarlıq polipropilen ixrac edib

Bu ilin sentyabr ayında Azərbaycan 1,3 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin oktyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 4,9 milyon ABŞ dolları və yaxud 4,8 dəfə azdır.

2020-ci ilin yanvar-sentyabr aylarında isə Azərbaycandan xarici ölkələrə 53,1 milyon ABŞ dolları dəyərində ilkin formalı polietilen ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 milyon ABŞ dolları və yaxud 0,93% azdır.

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Orphus sistemi