Azərbaycan bu il 194 mln dollarlıq neft məhsulları ixrac edib

Azərbaycan bu il 194 mln dollarlıq neft məhsulları ixrac edib Azərbaycan 705,8 min ton həcmində neft məhsulları ixrac edib
Energetika
213
14 Avqust , 2020 13:12
Azərbaycan bu il 194 mln dollarlıq neft məhsulları ixrac edib

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 705,8 min ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 194,4  mln ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-iyul aylarında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,13% olub.

Bu ilin yanvar-iyul ayları ərzində ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 15,4% çox, dəyəri isə 36,6% azdır.

Orphus sistemi