Azərbaycan bu il 17 milyon dollarlıq metanol ixrac edib

Azərbaycan bu il 17 milyon dollarlıq metanol ixrac edib
Energetika
150
16 İyun , 2020 17:04
Azərbaycan bu il 17 milyon dollarlıq metanol ixrac edib

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən 167 min ton metanol (metil spirti) ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, verdiyi xəbərə görə, bu həcmdə metanolun dəyəri 16,7 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə metanolun qeyri-neft sektoru ixracında payı 2,3% olub.

Qeyd edək ki, metanol istehsalı Bakının Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.