Azərbaycan bu günə qədər 515 mln barel neft, 86 mlrd kubmetr qaz ixrac edib

Azərbaycan bu günə qədər 515 mln barel neft, 86 mlrd kubmetr qaz ixrac edib "Azəri-Çıraq-Günəşli neft yataqları bloku və Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri istifadəyə veriuldikdən sonra Azərbaycanın beynəlxalq aləmdə əhəmiyyəti daha da artıb".
Energetika
925
28 Oktyabr , 2020 12:24
Azərbaycan bu günə qədər 515 mln barel neft, 86 mlrd kubmetr qaz ixrac edib

"Azəri-Çıraq-Günəşli neft yataqları bloku və Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri istifadəyə verildikdən sonra Azərbaycanın beynəlxalq aləmdə əhəmiyyəti daha da artıb".

“Report” xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov onlayn keçirilən Bakı Beynəlxalq Enerji Xartiyası Forumunda bildirib.

O, həmin layihələr hesabına xaricə satılmış neft və qazın həcmini açıqlayıb: “Bu günə qədər 515 mln tondan artıq Azərbaycan nefti, 86 mlrd kubmetrdən artıq təbii qaz ixrac edilib. Bu ilin əvvəlindən isə Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa bazarına çıxarılıb”.

Nazir qeyd edib ki, Azərbaycan tərəfi energetika sahəsində "ağıllı" texnologiyaların tətbiqində maraqlıdır və bu sahədə addımlar atır: “Biz öhdəlik götürmüşük ki, 2030-cu ilə qədər atmosferə atılan istixana qazlarının həcmi 35% azaltmalıyıq. Həmçinin energetika sistemindəki itkilərin azaldılması üçün də ciddi addımlar atırıq. Hazırda bu sahədə iki qanun layihəsi qəbul olunub ki, onlar da beynəlxalq təşkilatların dəstəyi ilə baş verib. Biz elə etməliyik ki, bu sahədə azad rəqabət mühiti formalaşsın”.

Son xəbərlər

Orphus sistemi