Azərbaycan bu ay şimal istiqamətində nəql edəcəyi neftin həcmini açıqlayıb
- 05 oktyabr, 2021
- 10:12
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-sentyabr aylarında Bakı-Novorossiysk boru kəməri ilə neft ixracını 754 min tona çatdırıb.
“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, bu, 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 424 min ton və ya 2,3 dəfə çoxdur.
Məlumatda deyilir ki, bu ilin 9 ayında SOCAR şimal marşrutu üzrə 754 min ton neft nəql edib: “Oktyabr ayında bu marşrut istiqamətində 170 min ton xam neftin nəql edilməsi planllaşdırılıb”.
Qeyd edək ki, SOCAR və “Transneft” şirkəti Bakı-Novorossisysk boru kəməri ilə 2021-ci il ərzində 1 milyon tondan çox neftin nəql ediləcəyi ilə bağlı müqavilə imzalayıblar. 2020-ci ildə SOCAR bu kəmər ilə ümumilikdə 613,29 min ton neft nəql edib.
2022-ci ildə isə SOCAR şimal marşrutu istiqaməti üzrə 1,209 milyon ton neft nəql etməyi planlaşdırır.