BTC ilə Rusiya kondensatının nəqli 2 dəfədən çox artıb
- 22 avqust, 2022
- 10:16
Bu ilin yanvar-iyun ayları ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə 850 min ton Rusiya xam nefti ixrac olunub.
Bu barədə “Report” “Argus” nəşrinin aylıq hesabatına istinadə məlumat verir.
Məlumata görə, bu, 2021-ci ilin ilk yarım ilinin nəticələri ilə müqayisədə 125 min ton və ya 12,8 % azdır.
Eyni zamanda, bu ilin ilk yarım ilində Sənqəçal terminalına dəmir yolları vasitəsilə daşınan Rusiya kondensatının həcmi 67,5 min ton təşkil edib. 2021-ci ilin yanvar-iyun aylarının nəticələri ilə müqayisədə 37,5 min ton və ya 2,25 dəfə çoxdur.
Xatırladaq ki, Rusiya xam malının Azərbaycana tədarükü dəmir yolu vasitəsilə Yalama-Samur sərhəd keçid məntəqəsindən həyata keçirilir.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
Qeyd edək ki,1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 509 milyon ton (3,82 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 007 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər xam neft və kondensat həcmləri də nəql olunur.
Qeyd edək ki, "BTC Ko"nun səhmdarları BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “İtochu” (3,4 %); “İnpex” (2,5 %), “ExxonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.