Azərbaycan Braziliyadan sürtkü yağlarının idxalını bərpa edib
- 31 iyul, 2024
- 10:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan 62,5 milyon ABŞ dolları dəyərində 40 min 661 ton sürtkü yağları idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 % azdır, kəmiyyət olaraq – 3 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 22,87 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11 % çoxdur) 27 min 586 ton (+6 %), Türkiyədən 14,32 milyon ABŞ dolları dəyərində (-17 %) 5 min 185 ton (-14 %), Almaniyadan 10,42 milyon ABŞ dolları dəyərində (-4 %) 2 min 520 ton (+3 %), Belçikadan 3,1 milyon ABŞ dolları dəyərində (+11 %) 812 ton (+18 %), Koreya Respublikasından 1,52 milyon ABŞ dolları dəyərində (-3,4 %) 460 ton (-25 %) məhsul alıb.
Azərbaycan 3 il 5 aylıq fasilənin ardından Braziliyadan (1,65 min ABŞ dolları dəyərində 0,1 ton) sürtkü yağlarının tədarükünü bərpa edib.