Azərbaycan Braziliya və Özbəkistana propilen ixrac etməyə başlayıb

Energetika
  • 20 fevral, 2023
  • 13:44
Azərbaycan Braziliya və Özbəkistana propilen ixrac etməyə başlayıb

2022-ci ildə Azərbaycandan xaricə 50 milyon ABŞ dolları dəyərində 34 min 870 ton propilen göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 7 % azdır, kəmiyyət olaraq – 19,3 % çoxdur.

Azərbaycan Rusiyaya 45,91 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1 % azdır) 31 min 563 ton (+28 %), Türkiyəyə 3,161 milyon ABŞ dolları dəyərində (+14 %) 2 min 818 ton (+43,2 %), Belarusa 459 min ABŞ dolları dəyərində (-89 %) 276 ton (-87 %), Braziliyaya 316,37 min ABŞ dolları dəyərində 80 ton, Özbəkistana isə 132,4 min ABŞ dolları dəyərində 105 ton məhsul satıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Braziliya və Özbəkistana tədarük həyata keçirilib.

Hesabat dövründə Azərbaycana 4,756 milyon ABŞ dolları dəyərində (+0,8 %) 1 min 981 ton propilen (-11,4 %) idxal edilib.

Səudiyyə Ərəbistanından 1,317 milyon ABŞ dolları dəyərində (+3,4 dəfə) 800 ton (+3 dəfə), Yaponiyadan 1,115 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 270 ton (+4,2 dəfə), Sinqapurdan 847 min ABŞ dolları dəyərində (+73 %) 257 ton (+44 %), Türkiyədən 657 min ABŞ dolları dəyərində (-44 %) 257 ton (-45 %), Koreyadan 360,47 min ABŞ dolları dəyərində (-73 %) 198,5 ton (-75 %) məhsul gətirilib.

44 - Tezliklə