Azərbaycan Böyük Britaniyaya antifriz tədarükünü bərpa edib
- 29 noyabr, 2023
- 10:45
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 4,6 milyon ABŞ dolları dəyərində 3 min 421 ton antifriz idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 45 % çoxdur.
Azərbaycan Rusiyadan 1,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 % çoxdur) 1 min 389 ton (+50 %), Türkiyədən 890 min ABŞ dolları dəyərində (+22 %) 630 ton (+47 %), Almaniyadan 819 min ABŞ dolları dəyərində (+31 %) 317 ton (+29 %), Ukraynadan 461 min ABŞ dolları dəyərində (+42 %) 430 ton (+19,4 %), Belçikadan 368 min ABŞ dolları dəyərində (+17 %) 151 ton (+25 %) məhsul alıb.
Hesabat dövründə Azərbaycandan 124 min ABŞ dolları dəyərində (+7 %) 137 ton (+6 %) antifriz ixrac edilib.
Azərbaycan İraqa 78 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 92,2 ton (+2 dəfə), Ukraynaya 20,4 min ABŞ dolları dəyərində 22,7 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 17,6 min ABŞ dolları dəyərində (+80 %) 19,7 ton (+93 %), Böyük Britaniyaya 7,8 min ABŞ dolları dəyərində 2 ton, Özbəkistana 0,5 min ABŞ dolları dəyərində 0,55 ton (bir il əvvəl tədarük olmayıb) antifriz satıb.
Azərbaycan 1 il 5 aylıq fasilənin ardından Böyük Britaniyaya antifriz tədarükünü bərpa edib.