Azərbaycan Bolqarıstandan “Aİ-98” benzini tədarük etməyə başlayıb

Energetika
  • 14 iyun, 2024
  • 12:22
Azərbaycan Bolqarıstandan “Aİ-98” benzini tədarük etməyə başlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 929,44 min ABŞ dolları dəyərində 758,11 ton "Aİ-98" ("Super") markalı avtomobil benzini gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 33 %, kəmiyyət olaraq – 33 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rumıniyadan 459,95 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 12 % çoxdur) 375,17 ton (+12,6 %), Belarusdan 337,27 min ABŞ dolları dəyərində 275,1 ton (bir il əvvəl tədarük olmayıb) və Bolqarıstandan 132,21 min ABŞ dolları dəyərində 107,84 ton benzin alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bolqarıstandan tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti