Azərbaycan Bolqarıstana sürtkü yağları ixracını 25 dəfə artırıb

Energetika
  • 28 iyul, 2023
  • 10:23
Azərbaycan Bolqarıstana sürtkü yağları ixracını 25 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 64,12 milyon ABŞ dolları dəyərində 39 min 478 ton sürtkü yağları gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 57 % çoxdur.

Azərbaycan Rusiyadan 20,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 26 min 37 ton (+3,2 dəfə), Türkiyədən 17,3 milyon ABŞ dolları dəyərində (+33 %) 6 min 62 ton (+16 %), Almaniyadan 10,842 milyon ABŞ dolları dəyərində (+40 %) 2 min 450 ton (+14 %), Belçikadan 2,79 milyon ABŞ dolları dəyərində (+29,2 %) 690,61 ton (+2,2 %), Birləşmiş Ərəb Əmirliklərindən 1,954 milyon ABŞ dolları dəyərində (+36,3 %) 788,22 ton (+26 %) məhsul idxal edib.

Hesabat dövründə Azərbaycandan xaricə 22,1 milyon ABŞ dolları dəyərində (+64 %) 19 min 677 ton (+60 %) sürtkü yağları göndərilib.

Azərbaycan Gürcüstana 4,342 milyon ABŞ dolları dəyərində (+11 dəfə) 4 min 978 ton (+16 dəfə), Türkiyəyə 4,178 milyon ABŞ dolları dəyərində (-52 %) 3 min 685 ton (-58 %), Ukraynaya 3,44 milyon ABŞ dolları dəyərində (+3,4 dəfə) 2 min 918 ton (+3,3 dəfə), Bolqarıstana 1,947 milyon ABŞ dolları dəyərində (+15,6 dəfə) 2 min 123 ton (+25 dəfə), İraqa 1,59 milyon ABŞ dolları dəyərində (+50 %) 1 min 158 ton (+60 %) məhsul satıb.

Son xəbərlər

Bütün Xəbər Lenti