Azərbaycan bərpa olunan mənbələr hesabına ildə 3 milyard kVt/saat enerji istehsal edəcək

Azərbaycan bərpa olunan mənbələr hesabına ildə 3 milyard kVt/saat enerji istehsal edəcək "Qaradağ" günəş elektrik stansiyasının (GES) fəaliyyətə başlaması ilə ildə 200 min ton karbon qazı (CO2) emissiyasının qarşısı alınacaq və böyük həcmdə təbii qaza qənaət edəcəyik”.
Energetika
15 Mart , 2022 12:36
Azərbaycan bərpa olunan mənbələr hesabına ildə 3 milyard kVt/saat enerji istehsal edəcək

"Qaradağ" günəş elektrik stansiyasının (GES) fəaliyyətə başlaması ilə ildə 200 min ton karbon qazı (CO2) emissiyasının qarşısı alınacaq və böyük həcmdə təbii qaza qənaət edəcəyik”.

“Report” xəbər verir ki, energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, yeni stansiya ilə Azərbaycanın bərpa olunan enerji mənbələri hesabına illik elektrik enerjisi istehsalının həcmi 3 milyard kVt/saata çatacaq.

“Biz bu gün Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə bir neçə memorandum imzaladıq və bu sənədlər bizim “yaşıl iqtisadiyyat” strategiyamıza uyğundur. Biz həmçinin Bakının Qaradağ rayonunda damlarda günəş panellərindən istifadə ilə bağlı pilot layihə icra etnək istəyirik. Gələcəkdə isə bunu Qarabağda reallaşdırmaq məsələsinə baxacağıq”, - nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi