Azərbaycan Belarusdan "Aİ-98" benzinin alışını kəskin artırıb
- 15 avqust, 2022
- 10:02
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana 821,02 min ABŞ dolları dəyərində 749,56 ton "Aİ-98" ("Super") markalı avtomobil benzini gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 35,5 %, kəmiyyət olaraq – 52 % azdır.
Hesabat dövründə Belarusdan 528,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 2,7 dəfə artıb) 482,27 ton (+2 dəfə) və Rumıniyadan 292,62 min ABŞ dolları dəyərində (-73 %) 267,29 ton (-80 %) məhsul alınıb.
Ötən il Azərbaycanın idxal etdiyi 2 min 684 ton "Aİ-98" markalı benzinin 49,4 %-i Rumıniyanın, 38 %-i Litvanın, 8,8 %-i Belarusun, 3,8 %-i Yunanıstanın payına düşüb.