Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanda 2015-ci il yanvarın 1-dən etibarən fiziki şəxslərin bank əmanətlərinin hesablanan dividendlər yenidən gəlir vergisinə cəlb olunacaq. "Report"un məlumatına görə, bu barədə Əmanətlərin Sığortalanması Fondu Müşahidə Şurasının son iclasında bildirilib.
Qeyd edək ki, ilk dəfə əmanətlərə qarşı tətbiq olunan bu vergi 1999-cu ildə ləğv edilib. Həmin vaxtdan etibarən hər ilin əvvəlində dövlət başçısının fərmanı əsasında kommersiya bankların tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər gəlir vergisindən azad olunub.
Gələn ildən isə 10% dərəcəsi ilə tətbiq olunan bu vergi yenidən qüvvəyə minəcək.