Azərbaycan avtomobil benzini istehsalını 9% artırıb

Azərbaycan avtomobil benzini istehsalını 9% artırıb Azərbaycanda I rübdə 306 min ton avtomobil benzini istehsal olunub
Energetika
18 Aprel , 2017 11:22
Azərbaycan avtomobil benzini istehsalını 9% artırıb

Bakı. 18 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 622,5 mln. manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu məbləğ əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 11,6% az olub.

Bu ilin yanvar-mart aylarında 306,4 min ton avtomobil benzini istehsal olunub. Hesabat dövründə avtomobil benzinin istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9% artıb. İlk rübdə 40,5 min ton avtomobil benzini ehtiyatı yaranıb.

Yanvar-mart aylarında 52,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 148,6 min ton ağ neft, 461,1 min ton dizel yanacağı, 195,9 min ton yanacaq mazutu, 3,7 min ton sürtkü yağları, 17,3 min ton neft bitumu, 41,5 min ton neft koksu istehsal olunub.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 21,7%, sürtkü yağlarının istehsalında 3,7 dəfə, neft koksunun istehsalında 93,9% artım qeydə alınıb. Hesabat dövründə ağ neft istehsalı 13,6%, dizel yanacağının istehsalı 19,4%, yanacaq mazutunun istehsalı 42,3%, neft bitumunun istehsalı 21,4% azalıb.

Son xəbərlər

Orphus sistemi