Azərbaycan Avropaya qaz satışını 69 %-dək artırıb
- 09 iyul, 2022
- 10:14
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Avropaya Avropaya 11,2 milyard kubmetr qaz satılıb.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-iyun ayları üzrə operativ məlumatlarında deyilir.
Məlumata görə, bu, ötən ilin 6 ayı ilə müqayisədə 2,1 milyard kubmetr və ya 25,7 % çoxdur.
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə təqribən 4,3 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 % azdır.
Bu ilin yanvar-iyun ayıarı ərzində Azərbaycandan Avropaya 5,4 milyard kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin yarım illik dövrü ilə müqayisədə 68,8 % çoxdur.
Bu ilin 6 ayı ilə müqayisədə Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb ki, bu da illik müqayisədə 0,2 milyon kubmetr və ya 25 % çoxdur.
Bu dövrdə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri sisteminə 55 milyon kubmetr qaz verilib. Bu, illik müqayisədə 4,5 milyon kubmetr və ya 8,9 % çoxdur.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Azərbaycan qazının TAP vasitəsilə Avropaya ümumi təchizatı 10 milyard kubmetrə çatıb. Hazırda TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir.
Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
2022-ci ildə Azərbaycandan Türkiyəyə qaz ixracı 8 milyard kubmetrdən, Avropaya isə 10 milyard kubmetrdən çox olacağı proqnozlaşdırılır.