Rusiyalı ekspert: "Azərbaycan yaxın illərdə Avropa qaz bazarındakı mövqeyini gücləndirəcək"

Rusiyalı ekspert: "Azərbaycan yaxın illərdə Avropa qaz bazarındakı mövqeyini gücləndirəcək" Bu il qışın yumşaq keçməsi üzündən tənəzzül keçirən qaz bazarı bir tərəfdən də COVİD-19 pandemiyası ilə bağlı bir çox ölkələrin tətbiq etdiyi məhdudiyyətlər nəticəsində daha da böhranlı vəziyyətə düşdü. Beynəlxalq Enerji Agentliyinə (İEA) görə, 2020-ci ildə dünya boyu qaza tələbat 150 milyard kubmetr, yəni 4 faiz azala bilər ki, bu da təbii qaz bazarının mövcudluğu dövrdə ən böyük azalma olacaq.
Energetika
16 İyun , 2020 14:11
Rusiyalı ekspert: Azərbaycan yaxın illərdə Avropa qaz bazarındakı mövqeyini gücləndirəcək

"Bu il qışın yumşaq keçməsi üzündən tənəzzül keçirən qaz bazarı bir tərəfdən də COVİD-19 pandemiyası ilə bağlı bir çox ölkələrin tətbiq etdiyi məhdudiyyətlər nəticəsində daha da böhranlı vəziyyətə düşdü. Beynəlxalq Enerji Agentliyinə (İEA) görə, 2020-ci ildə dünya boyu qaza tələbat 150 milyard kubmetr, yəni 4 faiz azala bilər ki, bu da təbii qaz bazarının mövcudluğu dövrdə ən böyük azalma olacaq".

Bu barədə “Report”un Rusiya bürosuna Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Enerji Siyasəti və Diplomatiyası İnstitutunun direktor müavini İqbal Quliyev bildirib.

“Gələn il aşağı qiymətlər və iqtisadiyyatın dirçəlməsi nəticəsində tələbatın tədricən bərpa ediləcəyi gözlənilsə də, koronavirus üzündən ortaya çıxan bu böhran təbii qaz bazarı üçün daha uzunmüddətli fəsadlar yaradacaq. Daha çox ziyan çəkən Avropa bazarında 7 faizlik tələbat azalması var. Avropada uzunmüddətli müqavilələrin başa çatdırılması da Azərbaycan kimi oyunçulara yeni imkanlar qazandıracaq. Belə ki, Azərbaycan qazı Avropa bazarında orta müddət ərzində yaxşı perspektivə malikdir. Bu ilin mart ayında Türkiyə bazarının 24 faizini təmin edərək bu ölkəyə qaz tədarükü sarıdan birinci yer tutan Azərbaycan iki il bundan əvvəl "Trans Anatolian Pipeline" (TANAP) vasitəsilə qaz nəqlinə başlayaraq ötən müddət ərzində 5,6 milyard kubmetr qaz ixrac etdi. Ötürmə gücü 16 milyard kubmetr olan TANAP üzərindən gələcəkdə 31 milyard kubmetr qaz ötürmək nəzərdə tutulur”, – ekspert deyib.

Rusiyalı ekspert "Trans Adriatic Pipeline"ın (TAP) Adriatik dənizi dibindən keçən 105 kilometrlik hissəsinin başa çatmaq üzrə olduğunu söyləyib: “HəmTAP, həm də TANAP Azərbaycanın "Şahdəniz-2" yatağından təbii qazın ixrac ediləcəyi Cənub Qaz Dəhlizinin tərkib hissələridir. Yeni qaz kəmərlərinin də istismara qəbul edilməsini nəzərə alsaq, Azərbaycan yaxın 3-5 ildə Avropa qaz bazarındakı mövqeyini daha da gücləndirə bilər”.

Son xəbərlər

Orphus sistemi