Azərbaycan avqustda etilen polimerlərinin ixracını 40 % artırıb

Energetika
  • 30 sentyabr, 2024
  • 10:36
Azərbaycan avqustda etilen polimerlərinin ixracını 40 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 94 milyon 868,7 min ABŞ dolları dəyərində 85 min 340 ton etilen polimerləri (ilkin formalarda) ixrac edilib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 16 %, həcmi isə 22 % azalıb.

Avqust ayında isə ölkədən 20,2 milyon ABŞ dolları məbləğində 16,8 min ton etilen polimerləri (ilkin formalarda) ixrac edilib ki, bu da bir il öncəki göstəriciyə nisbətən müvafiq olaraq 56,5 % və 40 % çoxdur.

8 ay ərzində 1 milyard 837 milyon 545,87 min ABŞ dolları dəyərində Azərbaycan mənşəli əsas qeyri-neft məhsulları ixrac edilib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 7 % azdır.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 30 milyard 995 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 232 milyon ABŞ dolları ixracın, 12 milyard 764 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,1 % azalıb, idxal isə 14,5 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti