Azərbaycan aviasiya yanacağının ixracını artırıb

Azərbaycan aviasiya yanacağının ixracını artırıb Aviasiya yanacağının 10 ayda ixracı ötən ilin bütün ixracını üstələyib
Energetika
11 Noyabr , 2014 12:36
Azərbaycan aviasiya yanacağının ixracını artırıb


Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin yanvar-oktyabr aylarında 158,855 min ton aviasiya yanacaği ixrac edib. SOCAR-dan "Report"a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə aviasiya yanacağının ixracı 46,2% artıb. 

Qeyd edək ki, cari ilin 10 ayı ərzində bu neft məhsulunun ixracı bütövlükdə 2013-cü ildəki analoji ixracdan artıq olub. Müqayisə üçün qeyd edək ki, ötən il dünya bazarına 131,322 min ton aviasiya yanacağı ixrac olunub. 

Oktyabr ayı ərzində 1 ton aviasiya yanacağının dünya bazarında qiyməti 807,22 dollar təşkil edib. 

Son xəbərlər

Orphus sistemi