QDİƏT PM-nin baş katibi: “Azərbaycan alternativ enerjidən istifadə üzərində ciddi iş aparır”

QDİƏT PM-nin baş katibi: “Azərbaycan alternativ enerjidən istifadə üzərində ciddi iş aparır” "Bəzi ölkələr Azərbaycanın təcrübəsinə maraq göstərir"
Energetika
11 Aprel , 2017 16:07
QDİƏT PM-nin baş katibi: “Azərbaycan alternativ enerjidən istifadə üzərində ciddi iş aparır”

Tbilisi. 11 aprel. REPORT.AZ/ "Bu gün dünyanın inkişaf etmiş bir çox ölkəsi, o cümlədən Azərbaycan alternativ və bərpa olunan enerjidən istifadə ilə bağlı ciddi layihələr hazırlayır. Bəzi ölkələr Azərbaycanın təcrübəsinə maraq göstərir. Gürcüstan da bu sahədə Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır".

Bu sözləri “Report”un Gürcüstan bürosuna Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) baş katibi Asəf Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Gürcüstan QDİƏT PM çərçivəsində də sıx əməkdaşlıq edir: "İki qonşu və dost ölkənin əməkdaşlığı təkcə regionun deyil, QDİƏT-ə üzv digər ölkələrin inkişafında, əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır".

Baş katib bildirib ki, bu gün bir sıra beynəlxalq təşkilatlar, o cümlədən QDİƏT PM alternativ enerji mənbələrindən istifadə barədə düşünür: "PM-in İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin bu gün Tbilisidə keçirilən iclasında da bu məsələ diqqət mərkəzində olacaq. Biz alternativ enerji mənbələrindən istifadə, bu sahədə birgə əməkdaşlıq, təcrübə mübadiləsi və s məsələləri müzakirə edib, müvafiq qərarlar qəbul edəcəyik. Bu qərarlar Baş Assambleyada müzakirə olunduqdan sonra üzv ölkələr üçün tövsiyə xarakterli qərarlar qəbul olunacaq. İnanırıq ki, bu da həmin ölkələrin iqtisadi inkişafında, enerji təhlükəsizliyində və birgə əməkdaşlığında mühüm rol oynayacaq".

Son xəbərlər

Orphus sistemi