Azərbaycan alternativ enerji istehsalı sahəsində iri şirkətlərlə məsləhətləşmələr aparır

Azərbaycan alternativ enerji istehsalı sahəsində iri şirkətlərlə məsləhətləşmələr aparır Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycanın günəş enerjisinin potensial gücü 32 min meqavat, külək enerjisinin potensial gücü isə 3 000 meqavat təşkil edir.
Energetika
17 İyul , 2018 15:32
Azərbaycan alternativ enerji istehsalı sahəsində iri şirkətlərlə məsləhətləşmələr aparır

Bakı. 17 iyul. REPORT.AZ/ "Azərbaycanın günəş enerjisinin potensial gücü 32 min meqavat, külək enerjisinin potensial gücü isə 3 000 meqavat təşkil edir".

"Report"un məlumatına görə, bunu ADA Universitetində keçirilən Bakı Yay Enerji Məktəbində çıxışı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, Azərbaycan böyük alternativ enerji potensialına malik olsa da, bu spesifik sahəni inkişaf etdirmək bir qədər çətindir: "Bunun üçün 3 vacib komponent olmalıdır: 1-ci qanunvericilik, 2-ci texniki dəstək, 3-cü isə maliyyə dəstəyi komponenti. Amma biz oturub gözləmirik ki, bütün bu üç komponent nə vaxt bizim əlimizdə olacaq. Digər tərəfdən, biz birgə çalışmalar üçün iri şirkətlər ilə məsləhətləşmələr aparırıq". 

Son xəbərlər

Orphus sistemi