Azərbaycan Almaniyaya ixrac etdiyi neftin həcmini açıqlayıb

Energetika
  • 23 yanvar, 2025
  • 12:09
Azərbaycan Almaniyaya ixrac etdiyi neftin həcmini açıqlayıb

Ötən il Azərbaycan Almaniyaya 1 milyon 164 min 752,04 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 762 milyon 014,74 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Almaniyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü illə müqayisədə 13,1 %, dəyəri isə 16,7 % azdır.

Almaniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 4,94 % təşkil edib.

Gömrük bəyannamələrinə əsasən, 2024-cü ildə Azərbaycan 14 milyard 437 milyon 355,99 min ABŞ dolları dəyərində 23 milyon 596 min 132,23 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat ilində Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti