Azərbaycan Almaniyanın istilik təchizatı sahəsində təcrübəsi ilə tanış olub

Azərbaycan Almaniyanın istilik təchizatı sahəsində təcrübəsi ilə tanış olub "Azəristiliktəchizat" ASC-nin rəhbərliyi Almaniya Energetika Agentliyinin (DENA) dəvəti ilə “Dayanıqlı Şəhərlər: Şəhər ərazilərində Enerji Keçidi üzrə Yaxşı Təcrübələr” mövzusunda Almaniyada təcrübə mübadiləsi səfərində olub.
Energetika
26 Noyabr , 2022 11:39
Azərbaycan Almaniyanın istilik təchizatı sahəsində təcrübəsi ilə tanış olub

"Azəristiliktəchizat" ASC-nin rəhbərliyi Almaniya Energetika Agentliyinin (DENA) dəvəti ilə “Dayanıqlı Şəhərlər: Şəhər ərazilərində Enerji Keçidi üzrə Yaxşı Təcrübələr” mövzusunda Almaniyada təcrübə mübadiləsi səfərində olub.

Bu barədə "Report"a qurumdan bildirilib.

Səfər zamanı "Azəristiliktəchizat"ın nümayəndəsi Almaniya Energetika Agentliyinin Beynəlxalq Əməkdaşlıq və Beynəlxalq Tikinti şöbələrinin rəhbərləri ilə təqdimat müzakirələrdə iştirak edib, Berlin şəhərinin istilik və isti su təchizatı sahəsində əməliyyat və maliyyə modelləri, alternativ enerji mənbələrinin istilik enerjisi mənbəsi kimi istifadə imkanlarına ilə əyani baxış keçirib.

Bu çərçivədə EUREF Kampusu ziyarət edilib, alternativ enerji və istilik enerjisi sahəsində ən son texnologiyaların tətbiqi ilə tanışlıq baş tutub. Səhmdar cəmiyyətinin rəhbərliyi DENA 2022 Enerji Keçid Konqressinin sessita və seminarlarında da iştirak edib və aidiyyatı şirkətlər ilə əlaqələr yaradılıb. Şirkət rəhbərliyi həm də Berlin Enerji Agentliyinin Berlin Şəhərinin İqlim Dəyişikliklərinin Qarşısının Alınması Üzrə Fəaliyyətləri barədə iclasda da iştirak edib. Görüş və müzakirələrdə Azərbaycanın istilik təchizat modeli və inkişaf perspektivləri barədə məlumat mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi