Azərbaycan Almaniyadan antifriz tədarükünü kəskin artırıb

Energetika
  • 01 iyun, 2023
  • 07:46
Azərbaycan Almaniyadan antifriz tədarükünü kəskin artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 2,1 milyon ABŞ dolları dəyərində 1 min 443 ton antifriz idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 57 %, kəmiyyət olaraq – 56 % çoxdur.

Hesabat dövründə Azərbaycana Almaniyadan 518 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 87 % çoxdur) 199 ton (+90 %), Rusiyadan 491 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 555 ton (+2,2 dəfə), Türkiyədən 291 min ABŞ dolları dəyərində (+51 %) 203 ton (+64 %), Belçikadan 227 min ABŞ dolları dəyərində (-0,1 %) 90,5 ton (+18,4 %), Ukraynadan 172 min ABŞ dolları dəyərində (-26 %) 144 ton (-49 %) məhsul gətirilib.

2022-ci ildə Azərbaycana (31 ölkədən) idxal edilən 4 min ton antifrizin 40 %-i Rusiyanın, 20 %-i Türkiyənin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti