Azərbaycan Aİ ölkələri parlamentlərinin energetika məsələləri üzrə komitə sədrlərinin görüşündə təmsil olunub

Azərbaycan Aİ ölkələri parlamentlərinin energetika məsələləri üzrə komitə sədrlərinin görüşündə təmsil olunub Tədbirdə Azərbaycanı Bolqarıstandakı səfir Nərgiz Qurbanova təmsil edib
Energetika
15 May , 2018 09:39
Azərbaycan Aİ ölkələri parlamentlərinin energetika məsələləri üzrə komitə sədrlərinin görüşündə təmsil olunub
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Bolqarıstanın paytaxtı Sofiyada Avropa İttifaqına (Aİ) üzv ölkələrin parlamentlərinin energetika məsələləri üzrə komitə sədrlərinin görüşü keçirilib.

"Report"un məlumatına görə, tədbirdə Azərbaycanı Bolqarıstandakı səfir Nərgiz Qurbanova təmsil edib. 

O, Azərbaycanla Aİ arasında energetika sahəsində əməkdaşlıq, Azərbaycanın Avropaya enerji daşıyıcılarının nəqli ilə bağlı siyasəti, Cənub Qaz Dəhlizi daxil olmaqla Azərbaycanın iştirak etdiyi digər enerji layihələrinin önəmi barədə danışıb.

Bundan başqa, tədbirdə Avropanın enerji təhlükəsizliyi və Avropa Enerji Birliyinin mexanizmləri də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi