Yuxarı

​Azərbaycan "AÇG" və "Şahdəniz" layihələrindən indiyədək 122,3 mlrd. dollar qazanıb

Bu il isə 2,8 mlrd. dollar vəsait əldə olunub

Bakı. 16 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 2,834 mlrd. ABŞ dolları həcmində vəsait daxil olub.

Fonddan "Report"a verilən məlumata görə, bu məbləğin 2,770 mlrd. dolları "AÇG"-dən mənfəət nefti, 64 mln. dolları isə "Şahdəniz" yatağından mənfəət qazının satışından əldə olunub.

Ümumilikdə, 2001-ci ildən 2016-cı il avqustun 1-dək ARDNF-ə "AÇG"-dən 119,779 mlrd. dollar, 2007-ci ildən "Şahdəniz" yatağından isə 2,506 mlrd. dollar vəsait daxil olub.

Beləliklə, ümumilikdə iki layihədən Dövlət Neft Fondu 122,285 mlrd. dollar vəsait əldə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi