Azərbaycan ABŞ-dən neft koksu idxalını bərpa edib

Energetika
  • 27 mart, 2024
  • 13:43
Azərbaycan ABŞ-dən neft koksu idxalını bərpa edib

Ötən il Azərbaycan 58 milyon ABŞ dolları dəyərində 232 min 111 ton neft koksu ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə dəyər ifadəsində 13 % azdır, kəmiyyət olaraq 37 % çoxdur.

Azərbaycan Çinə 46,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 21 % çoxdur) 179 min 560 ton (+2 dəfə), Böyük Britaniyaya 4,6 milyon ABŞ dolları dəyərində 24 min 184 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyaya 5,64 milyon ABŞ dolları dəyərində (-74 %) 25 min ton (-43 %) və Qazaxıstana 1,37 milyon ABŞ dolları dəyərində 3 min 348 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Hesabat dövründə Azərbaycan 541 min ABŞ dolları dəyərində 233,85 ton neft koksu idxal edib.

Azərbaycan Hindistandan 299,33 min ABŞ dolları dəyərində (+47 %) 135,43 ton (+61 %), Çindən 140 min ABŞ dolları dəyərində (-67 %) 65,15 ton (-71 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 53,97 min ABŞ dolları dəyərində 15,27 ton və İsveçdən 47,65 min ABŞ dolları dəyərində (-67 %) 18 ton (-71 %) məhsul alıb.

Azərbaycan 3 il 5 aylıq fasilənin ardından ABŞ-dən tədarükü bərpa edib.