Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 12,061 milyard kubmetr təbii qaz ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,4 % çoxdur.
Məlumata görə, ötən 7 ay ərzində ixrac edilən təbii qazın ümumi dəyəri isə 35,4 % artaraq 2,015 milyard ABŞ dolları təşkil edib.
Bu həcmlərin 6,793 milyard kubmetri Türkiyəyə, 2,561 milyard kubmetri İtaliyaya ixrac edilib.
Bundan başqa, ötən 7 ay ərzində Gürcüstana 2,094 milyard kubmetr, Yunanıstana 344 milyon kubmetr, Bolqarıstana 134 milyon kubmetr, İrana isə 132,8 milyon kubmetr təbii qaz ixrac edilib.
Türkiyəyə yanvar-iyul aylarında ixrac edilən təbii qazın ümumi dəyəri 974 milyon ABŞ dolları, İtaliyaya 658 milyon ABŞ dolları təşkil edib.
Həmçinin, bu ilin yanvar-iyul aylarında Azərbaycandan Gürcüstana 261,7 milyon ABŞ dolları, Yunanıstana 96 milyon ABŞ dolalrı, Bolqarıstana 19 milyon ABŞ dolları, İrana isə 5 milyon ABŞ dolları dəyərində təbii qaz ixrac edilib.