Azərbaycan 5 ayda Yunanıstana ixrac etdiyi neftin həcmini açıqlayıb
- 21 iyun, 2024
- 08:07
Bu ilin yanvar-may aylarında Azərbaycan Almaniyaya 228 min 237,47 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 144 milyon 806,06 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Yunanıstana ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23,9 %, dəyəri isə 23,8 % azalıb.
Yunanıstana ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 2,31 % olub.
Hesabat dövründə Azərbaycan 6 milyard 258 milyon 631,31 min ABŞ dolları dəyərində 9 milyon 869 min 672,49 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 18 milyard 439 milyon 272,4 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 11 milyard 138 milyon 581 min ABŞ dolları ixracın, 7 milyard 300 milyon 691,4 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 30,9 % azalıb, idxal isə 6,75 % artıb.