Azərbaycan 5 ayda 645 min tona yaxın neft idxal edib

Energetika
  • 29 iyul, 2025
  • 10:31
Azərbaycan 5 ayda 645 min tona yaxın neft idxal edib

Azərbaycan bu ilin yanvar-may aylarında 316 milyon 536,9 min ABŞ dolları dəyərində 644 min 807,97 ton neft idxal edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinin istinadən xəbər verir ki, neft idxalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə kəmiyyət ifadəsində 13,1 %, dəyər ifadəsində isə 23,9 % azalıb.

Neftin əsas həcmi (93,5 %) Rusiyadan idxal edilib. Bu ölkədən 293 milyon 832,89 min ABŞ dolları (-13,2 %) dəyərində 602 min 874 ton (-2,2 %) neft tədarük edilib.

Hesabat dövründə Azərbaycan, həmçinin Qazaxıstandan 22 milyon 651,64 min ABŞ dolları (-0,8 %) dəyərində 41 min 792,43 ton (+20,8 %) neft idxal edib. İraqdan isə 52,37 min ABŞ dolları dəyərində 141,54 ton neft idxal edib. İraqdan neft alışları 2020-ci ildən sonra ilk dəfə bərpa edilib, həmin il tədarük həcmi 10,34 min ABŞ dolları dəyərində 43,98 ton təşkil edib.

Qeyd edək ki, Azərbaycan 2024-cü ildə 1,02 milyard ABŞ dolları (+5,3 %) dəyərində 1,869 milyon ton (+2,5 %) neft idxal edib.

Son xəbərlər

Bütün Xəbər Lenti