Azərbaycan 4 ölkədən sürtkü yağlarının tədarükünü bərpa edib

Energetika
  • 13 yanvar, 2022
  • 11:48
Azərbaycan 4 ölkədən sürtkü yağlarının tədarükünü bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 77,61 milyon ABŞ dolları dəyərində 35 min 590,35 ton sürtkü yağları idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 32,61 % və 2,74 % çoxdur.

Hesabat dövründə ölkəmizə Türkiyədən 18,224 milyon ABŞ dolları dəyərində 7 min 628,14 ton, Rusiyadan 16,13 milyon ABŞ dolları dəyərində 10 min 726,14 ton, Almaniyadan 15,829 milyon ABŞ dolları dəyərində 4 min 437,61 ton, Belçikadan 5,059 milyon ABŞ dolları dəyərində 1 min 726,22 ton, Ukraynadan 2,649 milyon ABŞ dolları dəyərində 1 min 465,75 ton məhsul tədarük edilib.

2020-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə Türkiyədən idxal müvafiq olaraq 31,44 % və 12,71 %, Rusiyadan – 19,21 % artıb və 31,85 % azalıb, Almaniyadan – 31,56 % və 19,37 %, Belçikadan – 43,15 % və 41,54 %, Ukraynadan - 42,81 % və 14,84 % artıb. Ötən il 6 illik aradan sonra Malayziyadan, 5 illik fasilənin ardından Sloveniyadan, 2 il 9 aydan sonra İrlandiyadan, 1 il 9 ayın ardından Portuqaliyadan sürtkü yağlarının tədarükü bərpa edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti