Azərbaycan 4 ayda “Premium Euro-95” benzininin idxalını 1,7 dəfə artırıb

Energetika
  • 21 iyun, 2025
  • 17:23
Azərbaycan 4 ayda “Premium Euro-95” benzininin idxalını 1,7 dəfə artırıb

Azərbaycan bu ilin yanvar-aprel aylarında 47 min 380,05 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur.

Bu dövrdə idxal edilən “Premium Euro-95” benzininin dəyəri 40 milyon 241,5 min ABŞ dolları (+ 45,9 %) təşkil edib.

İdxalın strukturunda 26 milyon 210,17 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 30 min 497,87 ton (+ 2,6 dəfə) benzin və ya bütün tədarükün 64,4 %-i Rusiyanın payına düşüb.

Tədarükçülərin ilk üçlüyündə Rumıniya (7 milyon 588,94 min ABŞ dolları dəyərində 8 min 932,94 ton) və Belarus (5 milyon 269,31 min ABŞ dolları dəyərində 6 min 549 ton) yer alıb.

Tədarükün qalan həcmi - 1 milyon 173,08 min ABŞ dolları dəyərində 1 min 400,24 ton benzin Bolqarıstanın payına düşüb.

Statistik məlumatlara görə, bu ilin yanvar- aprel aylarında Azərbaycana 798,58 min ABŞ dolları dəyərində (- 14,1 %) 651,37 ton (- 14,1 %) "Super Euro-98" markalı benzin idxal edilib.

İdxalın strukturunda Bolqarıstandan 361,85 min ABŞ dolları dəyərində 295,15 ton, Rusiyadan 294,37 min ABŞ dolları dəyərində 240,11 ton, Rumıniyadan 142,36 min ABŞ dolları dəyərində 116,11 ton benzin tədarük edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti