Azərbaycan 4 ayda neft ixracını 18 %-dən çox artırıb

Energetika
  • 20 may, 2025
  • 09:28
Azərbaycan 4 ayda neft ixracını 18 %-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyon 203 min 845,45 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.

Azərbaycandan ixrac edilən xam neftin dəyəri 4 milyard 562 milyon 682,52 min ABŞ dolları təşkil edib.

İxrac edilən xam neftin həcmi 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 18,4 %, dəyəri isə 4,5 % çoxdur.

Ötən 4 ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 51,94 % olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,5 %, idxal isə 48,8 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti