Azərbaycan 3 ölkədən polipropilen tədarükünü bərpa edib
- 29 yanvar, 2024
- 08:23
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan 100,5 milyon ABŞ dolları dəyərində 91 min 971 ton polipropilen ixrac edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 44,1 % çoxdur.
Azərbaycan Rusiyaya 67,14 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 47 % çoxdur) 56 min 123 ton (+74 %), Türkiyəyə 30,9 milyon ABŞ dolları dəyərində (+3 %) 33 min 615 ton (+31 %), Gürcüstana 954 min ABŞ dolları dəyərində 1 min ton (bir il əvvəl tədarük olmayıb), İrana 678 min ABŞ dolları dəyərində (+17 %) 455 ton (+44 %), Özbəkistana 618 min ABŞ dolları dəyərində 499 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Hesabat dövründə Azərbaycana 16,97 milyon ABŞ dolları dəyərində (+8 %) 12 min 644 ton (+30 %) polipropilen idxal edilib.
Azərbaycan Koreyadan 7,84 milyon ABŞ dolları dəyərində (-0,4 %) 5 min 645 ton (+33 %), Səudiyyə Ərəbistanından 5,6 milyon ABŞ dolları dəyərində (+33 %) 4 min 309 ton (+50 %), Türkmənistandan 1,62 milyon ABŞ dolları dəyərində (+51 %) 1 min 305 ton (+61 %), Rusiyadan 1 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 860 ton (+4,4 dəfə), İrandan 365 min ABŞ dolları dəyərində (-82 %) 266 ton (-82 %) məhsul alıb.
Azərbaycan 4 il 1 aylıq aradan sonra Birləşmiş Ərəb Əmirliklərindən (100 min ABŞ dolları dəyərində 73,5 ton) və 3 il 2 aylıq fasilənin ardından Finlandiyadan (224 min ABŞ dolları dəyərində 63,3 ton) və 2 il 10 aydan sonra İsraildən (38,2 min ABŞ dolları dəyərində 25,5 ton) tədarükü bərpa edib.