Azərbaycan 3 ölkədən kerosin tədarükünü bərpa edib

Energetika
  • 24 oktyabr, 2023
  • 08:53
Azərbaycan 3 ölkədən kerosin tədarükünü bərpa edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 18,73 milyon ABŞ dolları dəyərində 18 min 164 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağından başqa) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 74 %, kəmiyyət olaraq – 2,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Belçikadan 7,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,3 dəfə çoxdur) 5 min ton (+4,7 dəfə), Türkmənistandan 6 milyon ABŞ dolları dəyərində 10 min 595 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 4,93 milyon ABŞ dolları dəyərində (+308 dəfə) 2 min 554 ton (+824 dəfə), Amerika Birləşmiş Ştatlarından 23,74 min ABŞ dolları dəyərində (+50 %) 7,13 ton (+11,3 dəfə), Polşadan 18 min ABŞ dolları dəyərində 3,2 ton kerosin yanacağı alıb.

Azərbaycan 11 il 1 ayın tamamında Norveçdən (0,11 min ABŞ dolları dəyərində 0,01 ton), 2 il 3 aylıq fasilənin ardından Tayvandan (0,51 min ABŞ dolları dəyərində 0,04 ton) və 1 il 10 aydan sonra Polşadan tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (16 ölkədən) idxal edilmiş 16,554 milyon ABŞ dolları dəyərində kerosinin 54,2 %-i Niderlandın, 24,5 %-i Belçikanın payına düşüb.

44 filmi