Azərbaycan 3 ərəb ölkəsinə sürtkü yağları ixrac etməyə başlayıb

Energetika
  • 14 avqust, 2023
  • 12:35
Azərbaycan 3 ərəb ölkəsinə sürtkü yağları ixrac etməyə başlayıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 73 milyon ABŞ dolları dəyərində 43 min 743 ton sürtkü yağları gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 47 % çoxdur.

Azərbaycan Rusiyadan 22,363 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 28 min 170ton (+3,3 dəfə), Türkiyədən 20 milyon ABŞ dolları dəyərində (+21 %) 7 min 75 ton (+8,3 %), Almaniyadan 12,349 milyon ABŞ dolları dəyərində (+27,3 %) 2 min 744 ton (+3,7 %), Belçikadan 3,359 milyon ABŞ dolları dəyərində (+37 %) 849,31 ton (+11 %), Birləşmiş Ərəb Əmirliklərindən 2,267 milyon ABŞ dolları dəyərində (+39 %) 889,59 ton (+24 %) məhsul idxal edib.

Hesabat dövründə Azərbaycandan xaricə 26,1 milyon ABŞ dolları dəyərində (+66 %) 23 min 385 ton (+67,3 %) sürtkü yağları göndərilib.

Azərbaycan Gürcüstana 4,811 milyon ABŞ dolları dəyərində (+9,6 dəfə) 5 min 427 ton (+12 dəfə), Türkiyəyə 4,467 milyon ABŞ dolları dəyərində (-52 %) 3 min 928 ton (-58 %), Ukraynaya 3,823 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 3 min 175 ton (+2,9 dəfə), Bolqarıstana 2,1 milyon ABŞ dolları dəyərində (+17 dəfə) 2 min 265 ton (+27 dəfə), İraqa 1,91 milyon ABŞ dolları dəyərində (+52 %) 1 min 369 ton (+55 %) məhsul satıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İordaniyaya (354 min ABŞ dolları dəyərində 317 ton), Əlcəzairə (973 min ABŞ dolları dəyərində 1 min 116 ton) və Mərakeşə (20,42 min ABŞ dolları dəyərində 21 ton) tədarük həyata keçirilib.