​Azərbaycan 203,6 mln. dollarlıq neft məhsulları ixrac edib

​Azərbaycan 203,6 mln. dollarlıq neft məhsulları ixrac edib Azərbaycandan 878 min ton neft məhsulları ixrac olunub
Energetika
19 İyul , 2016 16:55
​Azərbaycan 203,6 mln. dollarlıq neft məhsulları ixrac edib

Bakı. 19 iyul. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycandan 878 158,08 ton neft məhsulları ixrac olunub.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda neft məhsullarının dəyəri 203 617,87 min dollar təşkil edib.

Hesabat dövründə neft məhsullarının miqdarı ötən ilin müvafiq dövründən 25,54%, dəyəri isə 52,15% az olub. Bu dövrdə neft məhsullarının ümumi ixracda payı 5,33% təşkil edib.

Son xəbərlər

Orphus sistemi