Azərbaycan 2021-ci ildə qaz hasilatını 61% artıracaq

Azərbaycan 2021-ci ildə qaz hasilatını 61% artıracaq Gələn il isə qaz hasilatının 30,5 mlrd. kubmetr təşkil edəcəyi proqnozlaşdırılır
Energetika
26 Oktyabr , 2017 12:20
Azərbaycan 2021-ci ildə qaz hasilatını 61% artıracaq

Bakı. 26 oktyabr. REPORT.AZ/ Gələn il Azərbaycanda qaz hasilatının 2017-ci illə müqayisədə 5% artaraq 30 498,3 mln. kubmetr təşkil edəcəyi proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bu ilin sonuna ölkədə qaz hasilatının 29,060 mlrd. kubmetr həcmində olacağı gözlənilir.

2019-cu ildə qaz hasilatının bu ilin proqnozu ilə müqayisədə 27% artaraq 37 027,7 mln. kubmetr, 2020-ci ildə 43% artaraq 41 532,3 mln. kubmetr, 2021-ci ildə isə 61% artaraq 46 711,4 mln. kubmetr olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi