Azərbaycan 2021-ci ildə etilen istehsalını 65 % artırıb

Energetika
  • 18 yanvar, 2022
  • 12:01
Azərbaycan 2021-ci ildə etilen istehsalını 65 % artırıb

2021-ci il ərzində Azərbaycanda 146,4 min ton həcmində propilen, 164,7 min ton həcmində polietilen, 168,4 min ton həcmində etilen istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən il propilen istehsalının 137 min tonu əmtəəlik məhsulun payına düşüb.

Hesabat dövründə propilen istehsalı 41,7 %, əmtəəlik propilen istehsalı 40,5 % artıb.

2021-ci il ərzində ölkədə etilen və polietilen istehsalı isə müvafiq olaraq 64,9 % və 24,5 % artıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft-qaz emalı zəncirinin önəmli həlqəsi olan “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda 2016-cı ildən, genişmiqyaslı yenidənqurma və modernizasiya işləri həyata keçirilir. Layihə nəticəsində "Azərikimya" İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmi iki dəfə, bəzi məhsullar üzrə isə üç dəfə artacaqdır.

Bundan başqa layihənin nəticəsi olaraq Sumqayıt Kimya Sənaye Parkında inşa olunmuş yeni “SOCAR Polymer” MMC müəssisələri dayanıqlı olaraq daha çox miqdarda etilen, propilen, saf hidrogen və digər enerjidaşıyıcılarla təmin ediləcək, Heydər Əliyev adına NEZ-dən təchiz olunan qaz xammallarının iqtisadi baxımından daha effektiv emalı yaradılacaq, mövcud EP-300 qurğusunun istismar dövrünün minimum növbəti 20 ilə kimi uzadılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti