Azərbaycan Orta Asiyanın 2 respublikasından sürtkü yağlarının idxalını bərpa edib

Energetika
  • 20 dekabr, 2021
  • 05:35
Azərbaycan Orta Asiyanın 2 respublikasından sürtkü yağlarının idxalını bərpa edib

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xaricdən 69,582 milyon ABŞ dolları dəyərində 31 min 377,53 ton sürtkü yağları gətirib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 29,51 % artıb, kəmiyyət olaraq – 2,27 % azalıb.

İki il 9 aylıq fasilənin ardından Türkmənistandan, 28 aylıq aradan sonra Özbəkistandan sürtkü yağlarının idxalı bərpa olunub.

Azərbaycanın 2021-ci ilin yanvar-oktyabr aylarında sürtkü yağları idxal etdiyi əsas ölkələr – TOP-10:

Ölkə

Ton

İllik dinamika

Dəyər min ABŞ dolları

İllik dinamika

Türkiyə

7058,75

14,22 %

16739,45

31,63 %

Almaniya

4084,97

21,99 %

14500,01

35,45 %

Rusiya

9133,18

-38,3 %

13890,98

10,03 %

Belçika

1619,21

49,29 %

4665,68

46,67 %

Ukrayna

1416,66

21,49 %

2550,79

50,2 %

Niderland

618,3

12,77 %

1760,82

28,63 %

Birləşmiş Ərəb Əmirlikləri

739,31

2,1 dəfə

1686,45

2,4 dəfə

Belarus

1523,88

2,9 dəfə

1622,02

2,9 dəfə

Fransa

306,06

19,69 %

1494,08

39,03 %

İtaliya

552,12

49,04 %

1359,26

44,46 %

44 - Tezliklə