Azərbaycan 2 ölkədən polipropilen idxalını bərpa edib

Energetika
  • 18 dekabr, 2023
  • 08:34
Azərbaycan 2 ölkədən polipropilen idxalını bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 95 milyon ABŞ dolları dəyərində 86 min 638 ton polipropilen ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16,5 %, kəmiyyət olaraq – 43 % çoxdur.

Azərbaycan Rusiyaya 61,43 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 43 % çoxdur) 50 min 877 ton (+72 %), Türkiyəyə 30,9 milyon ABŞ dolları dəyərində (+3,3 %) 33 min 615 ton (+31,4 %), Gürcüstana 900 min ABŞ dolları dəyərində 968 ton (bir il əvvəl tədarük olmayıb), İrana 678 min ABŞ dolları dəyərində (+34 %) 455 ton (+64 %), Özbəkistana 571 min ABŞ dolları dəyərində 456 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Hesabat dövründə Azərbaycana 16,3 milyon ABŞ dolları dəyərində (+13 %) 12 min ton (+37 %) polipropilen idxal edilib.

Azərbaycan Koreyadan 7,6 milyon ABŞ dolları dəyərində (+1,3 %) 5 min 428 ton (+36 %), Səudiyyə Ərəbistanından 5,32 milyon ABŞ dolları dəyərində (+46 %) 4 min 68 ton (+67 %), Türkmənistandan 1,62 milyon ABŞ dolları dəyərində (+51 %) 1 min 305 ton (+61 %), Rusiyadan 1 milyon ABŞ dolları dəyərində (+6 dəfə) 860 ton (+10,5 dəfə), İrandan 364 min ABŞ dolları dəyərində (-81 %) 266 ton (-81 %) məhsul alıb.

Azərbaycan 4 il 1 aylıq aradan sonra Birləşmiş Ərəb Əmirliklərindən (73 min ABŞ dolları dəyərində 50 ton) və 3 il 2 aylıq fasilənin ardından Finlandiyadan (224 min ABŞ dolları dəyərində 63,3 ton) tədarükü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti