Azərbaycan 2 ölkədən maye sayğacların tədarükünü bərpa edib
- 05 iyun, 2023
- 05:52
Bu ilin yanvar-mart aylarında Azərbaycan 132,5 min ABŞ dolları dəyərində 113 ədəd maye sayğacı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 dəfə, kəmiyyət olaraq – 2,5 dəfə çoxdur.
Azərbaycana İtaliyadan 109 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2725 dəfə çoxdur) 10 ədəd (dəyişməyib), Türkiyədən 15,13 min ABŞ dolları dəyərində (+60 %) 67 ədəd (+3,2 dəfə), Rusiyadan 6 min ABŞ dolları dəyərində 1 ədəd (bir il əvvəl tədarük olmayıb), İsraildən 1,32 min ABŞ dolları dəyərində 1 ədəd, İspaniyadan 0,81 min ABŞ dolları dəyərində 10 ədəd cihaz gətirilib.
Dörd il 5 aylıq fasilənin ardından İsraildən, 3 il 4 aylıq aradan sonra İspaniyadan tədarük bərpa edilib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrə 319,36 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 23 min 675 ədəd (+2,1 dəfə) maye sayğacı ixrac edib.
Azərbaycan Qazaxıstana 123 min ABŞ dolları dəyərində (+3 %) 10 min ədəd (-1,3 %), Özbəkistana 108 min ABŞ dolları dəyərində 9 min ədəd (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 70,36 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 4 min 674 ədəd (+3,7 dəfə) və Rusiyaya 18 min ABŞ dolları dəyərində 1 ədəd (bir il əvvəl tədarük olmayıb) sayğac satıb.