Azərbaycan 2 ayda neft idxalını təxminən 40 %-ə yaxın artırıb

Energetika
  • 18 aprel, 2025
  • 12:19
Azərbaycan 2 ayda neft idxalını təxminən 40 %-ə yaxın artırıb

Azərbaycan bu ilin yanvar-fevral aylarında 130 milyon 131,09 min ABŞ dolları dəyərində 256 min 255,75 ton neft idxal edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft idxalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə kəmiyyət ifadəsində 38 %, dəyər ifadəsində isə 22,7 % artıb.

Neftin əsas həcmi (89,5 %) Rusiyadan idxal edilib. Bu ölkədən 116 milyon 682,77 min ABŞ dolları (1,7 dəfə çox) dəyərində 229 min 462,23 ton (1,8 dəfə çox) neft tədarük edilib.

Hesabat dövründə Azərbaycan həmçinin Qazaxıstandan 13 milyon 448,32 min ABŞ dolları (-29,1 %) dəyərində 26 min 793,52 ton (-7 %) neft idxal edib.

Qeyd edək ki, Azərbaycan 2024-cü ildə 1,02 milyard ABŞ dolları (+5,3 %) dəyərində 1,869 milyon ton (+2,5 %) neft idxal edib.